...

Azərbaycan Ermənistanda keçirilən Avropa çempionatında növbəti medal qazanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 Sentyabr 2009 17:46 (UTC +04:00)
Üçüncü yer uğrunda mübarizədə Rasim Əsədullayev (60 kq) italyalı cüdoçu Amadeo Assorsini məğlub edərək Avropa çempionatının bürünc medalını qazanıb. Bu, Azərbaycan yığmasının aktivindəki ikici medalıdır.
Azərbaycan Ermənistanda keçirilən Avropa çempionatında növbəti medal qazanıb (ƏLAVƏ OLUNUB)

Red: dördüncü abzas əlavə olunub

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir F.Hüseynli /

Azərbaycan cüdoçusu Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Azərbaycan yığmasının üzvü İlqar Müşkiyev (55 kq) Yerevanda keçirilən Avropa çempionatında rusiyalı cüdoçu Viktor Açkinadze üzərində qələbə qazana bilməyib.

Azərbaycanın digər iki cüdoçusu - Rasim Əsədullayev və Fəqan Eminoğlu yarımfinalda rəqibləri Floren Uran və Artyom Bulıqanı məğlub edə bilməyiblər. Onlar çempionatın bürünc mükafatı üçün mübarizəni davam etdirirlər. Eminoğlu tatamidə ispaniyalı Ares Herrero ilə görüşəcək.

Üçüncü yer uğrunda mübarizədə Rasim Əsədullayev (60 kq) italyalı cüdoçu Amadeo Assorsini məğlub edərək Avropa çempionatının bürünc medalını qazanıb. Bu, Azərbaycan yığmasının aktivindəki ikici medalıdır.

Çempionatda beş Azərbaycan idmançısı iştirak edir, birinci gün onlardan üçü tatamiyə çıxıb. Azərbaycan yığmasının digər üzvləri Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) çempionatın növbəti günlərində çıxış edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti