...

Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tam icra edib - səlahiyyətli nümayəndə

Cəmiyyət Materials 15 Sentyabr 2009 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tam icra edib. Bu barədə Azərbaycanın Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov çərşənbə axşamı Trend -a Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisinin fikirlərinə münasibət bildirərkən deyib.

"Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarların icrası ilə bağlı lazımi tədbirləri görüb", - deyə Əsgərov vurğulayıb.

AŞPA məruzəçisi Kristos Purqorides AŞ-nin üzv dövlətlərinin Avropa Məhkəməsinin qərarlarını tam yerinə yetirməməsindən narahatlıq bildirib.

Məruzəçi bildirib ki, AŞ-nin üzvü olan 47 ölkədən 36-sı məhkəmənin qərarlarını tam icra etməyib. Bu siyahıda Azərbaycanın da adı var. Azərbaycan Sərdar Cəlaloğlu və Əlikram Hümmətovun işi ilə bağlı qərarları tam icra etmədiyinə görə, adı bu siyahıya salınıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev isə bir neçə gün öncə mətbuata açıqlamasında Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların vaxtlı-vaxtında icra olunduğunu bildirmişdi.

Avropa Məhkəməsi Azərbaycana qarşı 16 qərar qəbul edib.

Azərbaycanla Avropa Məhkəməsi arasında hazırda 30-dan çox iş üzrə kommunikasiya aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti