...

Azərbaycanın futbol klubu Türkiyənin Superliqa təmsilçisi ilə görüşəcək

Cəmiyyət Materials 24 Sentyabr 2009 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir F.Huseynli /

Azərbaycanın "Xəzər-Lənkəran" klubu gələn ay Türkiyəyə yollanacaq. Klubdan cümə axşamı Trend -a verilən məlumata görə, cənub təmsilçisi milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranacaq fasilədən istifadə edərək, oktyabrın 1-dən 11-dək Antalyada təlim-məşq toplanışı keçəcək.

4 futbol meydançasına malik "Adora Golf Resort Hotel"də məskunlaşacaq komanda baş məşqçisi Ağasəlim Mircavadovun planına əsasən, 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərdən birinin Türkiyənin Superliqa təmsilçisi "Antalyaspor" klubunun olacağı dəqiqdir. "Muğan"la sentyabrın 26-da evdə keçiriləcək oyundan sonra qısa müddətli məzuniyyətə buraxılacaq "Xəzər-Lənkəran"ın futbolçuları oktyabrın 1-də səhər tezdən Türkiyəyə yollanacaq. Ancaq bu toplanışda milli komandamıza çağırılan Kamran Ağayevlə Rahid Əmirquliyev, 19 yaşlılardan ibarət yığmamıza dəvət alan Kazım Kazımlı, habelə Moldova yığmasına çağırılan Denis Kalinkov qatıla bilməyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti