Azərbaycan, Bakı, 27 sentyabr / Trend /
Azərbaycan güləşçisi Fərid Mansurov yunan-roma güləşi üzrə 66 kq çəki kateqoriyasında dünya çempionu oldu. Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatının finalında Mansurov Gürcüstan idmançısı Manuçar Tsxadayanı (Manuchar Tskhadaia) məğlub edib, Beynəlxalq Həvəskar Güləş Federasiyasının (FİLA) rəsmi saytı xəbər verib.