...

Azərbaycanın "Neftçi" futbol klubunun baş məşqçisi və vitse-prezidentinin adı məlum olub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 29 Sentyabr 2009 18:20 (UTC +04:00)
Azərbaycanın "Neftçi" futbol klubunun baş məşqçisi və vitse-prezidentinin adı məlum olub. Klub rəhbərliyi baş məşqçi vəzifəsinə Vaqif Sadıxovu, vitse-prezident vəzifəsinə isə beynəlxalq dərəcəli hakim Tahir Süleymanovu təyin edib.
Azərbaycanın "Neftçi" futbol klubunun baş məşqçisi və vitse-prezidentinin adı məlum olub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın "Neftçi" futbol klubunun baş məşqçisi və vitse-prezidentinin adı məlum olub.

Klub rəhbərliyi baş məşqçi vəzifəsinə Vaqif Sadıxovu, vitse-prezident vəzifəsinə isə beynəlxalq dərəcəli hakim Tahir Süleymanovu təyin edib.

Əvvəllər baş məqçi vəzifəsini Böyükağa Ağayev, vitse-prezident vəzifəsini isə İlqar Quluzadə icra edirdi. Baş məşqçi səhhəti ilə, vitse prezident isə başqa işə keçməsi ilə əlaqadar olaraq istefaya gedib.

Sadıxov deyib ki, komanda futbolçuları ilə ilk görüşü baş tutub. "Komandada hələlik ciddi dəyişiklik gözlənilmir. Bunun üçün vaxt və imkan yoxdur. Biz komandanın potensialına inanırıq. Komanda yüksək nəticələr əldə etmək üçün hər şey edəcək", - çərşənbə axşamı Sadıxov TREND-in Beynəlxalq Mətbuat Mərkəzində deyib.

Onun sözlərinə görə, komanda ilə razılaşma ilin sonunadək imzalanıb. "Köməkçilərdə dəyişiklik olacaq. Yerli mütəxəssislərə üstünlük veriləcək", - o deyib.

Tahir Sülüeymsanov deyib ki, əsas məqsəd komandanın əvvəlki flaqmanını qaytarmaqdır. "Azarkeşlər son zamanlar komandanın oyunlarından narazıdırlar. Biz futbolçular arasında psixoloji problemi həll etməliyik", - Süleymanov deyib.

Vaqif Sadıxovun peşəkar futbol karyerası 1977-ci ildə "Araz" FK-da başlayıb. O, bu komandada iki il keçirib. 1979-cu ildən 1989-cu ilədək "Neftçi" komandasında iştirak edib. 1987-ci ildə "Nistru" Kişinyov klubuna keçib. 1989-cu ildən 1992-ci ilədək "Xəzər"də oynayıb. Daha sonra o, Bakının "Nicat" komandasına keçib. Burada oyunçu-məşqçi qismində çıxış edib. Sadıxov cəmiyyətdə məşqçi kimi 1993-cü ildə tanınıb. Bu zaman o, "Neftçi"yə başçılıq edib. O, bu komandada 1995-ci ilədək olub. Növbəti mövsümdə Sadıxov "Fərid" klubunun məşqçisi olub. 2000-ci ildə "ANS-Pivani" klubuna keçib, 2001-ci ildə isə "Şəfa" komandası ilə müqavilə bağlayıb.

1994/95-ci illərdə Sadıxov Azərbaycanın U-21 olimpiya yığmasına başçılıq edib. 1996-cı ildə U-18 Azərbaycanın gənclər komandasının mçəşqçisi olub. Növbəti il Azərbaycan milli yığmasının baş məşqçisi olub.

2002-ci ilin əvvəlində onu Azərbaycan millisinin baş məşqçisi təyin edirlər. Sadıxov bir müddət 2003-cü ildə yaradılan Sumqayıtı təmsil edən "Gənclərbirliyi" klubunun vitse-prezidenti olub.

Vaqif Sadıxov Azərbaycanın Bədən tərbiyəsi və İdman Akademiyasını, həmçinin Slovakiya, Macarıstan, Almaniyada, Hollandiya, Belçika və Maltada məşqçi kurslarını bitirib. O, Türkiyənin "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Kocaelispor" və həmçinin İspaniyanın "Real Madrid" və "Altetiko" klublarında uğurlu təcrübə toplayıb.

Xəbər lenti

Xəbər lenti