...

Azərbaycanda ölkə üzrə pensiyaçıların 28 faizini ahıl vətəndaşlar təşkil edir

Cəmiyyət Materials 1 Oktyabr 2009 12:20 (UTC +04:00)
Azərbaycanda ölkə üzrə pensiyaçıların 28 faizini ahıl vətəndaşlar təşkil edir. Bu barədə cümə axşamı Trend News-a Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.
Azərbaycanda ölkə üzrə pensiyaçıların 28 faizini ahıl vətəndaşlar təşkil edir

Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda ölkə üzrə pensiyaçıların 28 faizini ahıl vətəndaşlar təşkil edir. Bu barədə cümə axşamı Trend -a Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq, hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Ahıllara Azərbaycan dövləti tərəfindən həmişə xüsusi diiqqət və qayğı göstərilir. Хalqımızın ümummilli lideri Heydər Əliyev 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.

Babayevin sözlərinə görə, hazırda 70 yaşdan yuxarı 365 467 nəfər əmək pensiyası alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti