...

Azərbaycan nümayəndələri Hakimlərin Beynəlxalq Tbilisi Konfransında iştirak edəcəklər

Cəmiyyət Materials 1 Oktyabr 2009 15:23 (UTC +04:00)
Bu gün "Tbilisi Mariott" mehmanxanasında hakimlərin ixtisasının artırılması məsələsi üzrə konfrans öz işinə başlayıb. Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvilinin jurnalistlərə dediyinə görə, konfransda altı Avropa ölkəsinin ədliyyə ali məktəblərinin nümayəndələri iştirak edəcəklər.
Azərbaycan nümayəndələri Hakimlərin Beynəlxalq Tbilisi Konfransında iştirak edəcəklər

Gürcüstan Tbilisi, 1 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün "Tbilisi Mariott" mehmanxanasında hakimlərin ixtisasının artırılması məsələsi üzrə konfrans öz işinə başlayıb. Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvilinin jurnalistlərə dediyinə görə, konfransda altı Avropa ölkəsinin ədliyyə ali məktəblərinin nümayəndələri  iştirak edəcəklər.

Onun sözlərinə görə, Gürcüstan hakimlərin ixtisasının artırılması planında yetərli təcrübəyə malikdir. "Qarşıda hakimlərin hazırlanması məsələsi ciddi şəkildə durur və bu məsələ üzrə onlar öz təcrübələrini əcnəbi həmkarları ilə bölüşəcəklər", - Kublaşvili deyib.

Konfransda Azərbaycan, Ermənistan, Belarus, Moldova, Polşa və Gürcüstanın hakimlik üzrə tədris müəssisəsinin nümayəndələri və prokurorlar iştirak edəcəklər.

Görüş müəssisələr arasında informasiya mübadiləsi və əməkdaşlığın planlaşdırılması məqsədi daşıyır. Avropa Komissiyası tərəfindən təşkil edilən konfrans 2 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti