...

Azərbaycan məhkəməsi adam oğurluğunda və qəsdən adamöldürmədə ittiham olunan şəxslərə bəraət verib

Cəmiyyət Materials 5 Oktyabr 2009 16:16 (UTC +04:00)
Azərbaycan məhkəməsində adam oğurluğu və qəsdən adamöldürmə cinayətlərində ittiham olunan dəstə üzvlərinə hökm oxunub.
Azərbaycan məhkəməsi adam oğurluğunda və qəsdən adamöldürmədə ittiham olunan şəxslərə bəraət verib

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan məhkəməsində adam oğurluğu və qəsdən adamöldürmə cinayətlərində ittiham olunan dəstə üzvlərinə hökm oxunub.

Təqsirləndirilən şəxslər - Elsevər Məmmədov, Səbuhi Dəmirov və İsmayıl Quliyev Cinayət Məcəlləsinin adam oğurluğu (144-cü) və qəsdən adamöldürmə (120.1-ci) maddələri ilə ittiham olunurlar. Dəstə üzvləri 2006-cı il fevralın 12-də Kürdəmir rayonunun Karrar kəndinin 10 yaşlı sakini Bəhruz Bağırzadəni tamah məqsədi ilə oğurlayaraq qətlə yetiriblər.

Məhkəmənin hökmü ilə Kürdəmir rayon sakinləri Elsevər Məmmədov, İsmayıl Quliyev bəraət alıb. Səbuhi Dəmirova isə 15 il azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmə cinayət işinin istintaqını düzgün aparmadığı üçün Şirvan rayon prokurorunun müstəntiqi Vahid Əkbərov barəsində xüsusi qərardad çıxarıb. Cinayət işinin ibtidai istintaqını Kürdəmir Rayon Prokurorluğu, Rayon Polis İdarəsi, Şirvan Şəhər Prokurorluğu, Ağsu Rayon Prokurorluğu və Bakının Nizami Rayon Polis İdarəsi aparıb.

Dövlət ittihamçısı Azər Osmanov təqsirləndirilən şəxslərin hər birinə 15 il cəza verilməsini məhkəmədən xahiş etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti