...

Azərbaycandan olan miqrantların əsas təyinat qitəsi 74,3 faiz emmiqrantların yaşadığı Avropadır - BMT-nin rezident əlaqələndiricisi

Cəmiyyət Materials 7 Oktyabr 2009 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycandan olan miqrantların əsas təyinat qitəsi 74,3 faiz emmiqrantların yaşadığı Avropadır, Trend -un məlumatına görə, bunu BMT-nin İnsan İnkişafına dair Hesabatını açıqlayan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza bildirib.

"Azərbaycan 14,3 faizlik emmiqrasiya səviyyəsinə malikdir. Azərbaycanda əhalisinin 3 faizini təşkil edən 254,5 min miqrant yaşayır. Daha çox beynəlxalq miqrant ABŞ-da, 40 milyon nəfər yaşayır", - Pueza deyib.

İnsan İnkisafına dair Hesabat 1990-cı ildən nəşr edilir. Hesabat insan inkişafının 3 ölçüsünü özündə birləşdirir - uzun və sağlam ömür, təhsil səviyyəsi və layiqli yaşayış standartları.

Azərbaycan üçün İnsan İnkişafı İndeksi 0,787-yə bərabərdir və 182 ölkə arasında 86-cı sırada qərar tutur.

Azərbaycan üçün İnsan Yoxsulluğu İndeksi 10,7 faiz dəyərləndirilir. Bu göstərici üzrə Azərbaycan 135 ölkə arasında 50-ci sıradadır.

Pueza deyib ki, son illərdə Azərbaycanın bəzi əsas inkişaf göstəricilərində ardıcıl irəliləyişlər olub. 1980 və 2007-ci illər arasında orta ömur uzunluğu təxminən 5 il artıb. Bu nailiyyətlər İnsan İnkişafı İndeksi üzrə sıralanmada Azərbaycanın müntəzəm olaraq irəliləməsi ilə nəticələnib.

"Əminəm ki, ölkənin qeyri-neft sektorunun inkişafı və sosial xidmətlərdəki düzgün islahatların davam etdirilməsi ölkənin insan inkişafı səviyyəsinin daha da yüksəldilməsinə imkan yaradacaq", - BMT-nin rezident elaqələndiricisi deyib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti