Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir F.Hüseynli/
Azərbaycanın futbol üzrə yığmanın baş məşqçisi komandasının Rusiyaya qarşı bütün gücü ilə oynayacağını bildirib.
"Rusiyaya qarşı var gücümüzlə hazırlaşırıq. Sabahkı matçda Vüqar Nadirov və Elvin Məmmədovun oynayacağı sual altındadır. Kapitan Rəşad Sadıqov və Saşa Yunisoğlunun forma geyinməyəcəyi isə dəqiqdir", - Trend -un məlumatına görə, bunu Azərbaycan futbol yığmasının almaniyalı baş məşqçisi Berti Foqts deyib.
Bu gün Azərbaycan Futbol Fedarasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında mətbuat konfransı keçirən almaniyalı mütəxəssis Rusiya yığması ilə oyunun çətin olacağını deyib.
"Ruslar burada sərbəst oynayacaqlar. Əgər bizim qrupda dünya çempionatına vəsiqənin sahibi müəyyənləşməsəydi, rəqib burada həm Azərbaycan yığmasına, həm də azarkeşlərin təzyiqinə qarşı mübarizə aparmalı idi", - almaniyalı baş məşqçi əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]