...

Azərbaycanda baş vermiş qətl hadisəsini törətməkdə təqsirli bilinən şəxslərə hökm oxunub

Cəmiyyət Materials 19 Oktyabr 2009 16:49 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nicat Paşayev 13 il, Kamil Fərəcov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanın Abşeron rayonunda baş vermiş qətl hadisəsini törətməkdə təqsirli bilinən şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nicat Paşayev 13 il, Kamil Fərəcov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ötən il noyabrın 23-də Abşeron rayonu Saray qəsəbəsi ərazisində Habil Novruzovun əlləri yapışqanlı kağızla bağlanmış, burun və qabırğa sümükləri sınmış vəziyyətdə meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da Sumqayıt şəhər sakinləri Kamil Fərəcov və onun qaynı Nicat Paşayev saxlanılıblar.

Məlum olub ki, təqsirləndirilən şəxslər Novruzovu namus üstündə qətlə yetiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti