...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qabiliyyət imtahanları üçün dərs vəsaitləri hazırlayacaq

Cəmiyyət Materials 23 Oktyabr 2009 19:05 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabr ayına qədər qabiliyyət imtahanları üçün 5 kitab hazırlayacaq. Bu barədə cümə günü TQDK-nın mətbuat xidmətindən Trend News-a məlumat verilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qabiliyyət imtahanları üçün dərs vəsaitləri hazırlayacaq

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabr ayına qədər qabiliyyət imtahanları üçün 5 kitab hazırlayacaq. Bu barədə cümə günü TQDK-nın mətbuat xidmətindən Trend -a məlumat verilib.

Dərs vəsaitləri təsviri incəsənət, musiqi, arxitektura və dizayn, teatr, kino və xoreoqrafiya, bədən tərbiyəsi və idmanı əhatə edəcək. Kitablarda proqram haqqında məlumatlar, qiymətləndirmə kriteriyaları, hazırlıq üzrə məsləhətlər, tapşırıq nümunələri, normativlər və qabiliyyət imtahanları ilə əlaqəli digər məsələlər toplanacaq.

TQDK sədri Məleykə Abbaszadə bugünkü iclasda deyib ki, bəzi qabiliyyət ixtisaslarında qəbul planının çox olması ilə əlaqədar müsabiqənin səviyyəsi aşağı olur və beləliklə də ümumi bilik və intellektual səviyyəsi zəif olan abituriyentlər həmin ixtisaslara qəbul olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı; [email protected]

Xəbər lenti

Xəbər lenti