...

Azərbaycan jurnalistləri Türkiyə Super Liqasının derbi oyununu canlı izləyəcəklər

Cəmiyyət Materials 24 Oktyabr 2009 13:56 (UTC +04:00)
Ölkə futbolunu işıqlandıran aparıcı mətbu orqanların nümayəndələri üçün türk futbolunun ən böyük derbisini canlı izləmək şəraiti yaradılıb. İstanbula ikigünlük səfər təşkil edən Unibank və PFL-in həyata keçirdiyi layihənin əsas məqsədi azərbaycanlı jurnalistləri Türkiyə Super Liqasında derbi oyununun təşkili ilə tanış etməkdir.
Azərbaycan jurnalistləri Türkiyə Super Liqasının derbi oyununu canlı izləyəcəklər

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , muxbir F.Hüseynli/

Peşəkar Futbol Liqası (PFL) və ölkə çempionatının sponsoru "Unibank"ın həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan jurnalistləri Türkiyədə "Fənərbaxça" - "Qalatasaray" derbisini canlı izləyəcəklər.

Ölkə futbolunu işıqlandıran aparıcı mətbu orqanların nümayəndələri üçün türk futbolunun ən böyük derbisini canlı izləmək şəraiti yaradılıb. İstanbula ikigünlük səfər təşkil edən Unibank və PFL-in həyata keçirdiyi layihənin əsas məqsədi azərbaycanlı jurnalistləri Türkiyə Super Liqasında derbi oyununun təşkili ilə tanış etməkdir.

Super Liqanın X turunun sabah keçiriləcək bu qarşılaşması yerli vaxtla saat 19:00-da başlayacaq. Bu səfərlə bağlı "Derbi nədir" qısametrajlı filmin çəkilişi də nəzərdə tutulub.

İstanbul klubları Türkiyə çempionatının ilk iki pilləsində qərarlaşıb. Derbi ərəfəsində "Fənərbaxça" 24, "Qalatasaray" isə 22 xala malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti