...

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasının tikintisi üçün tender elan edilib

Cəmiyyət Materials 30 Oktyabr 2009 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/ Azərbaycan Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasının tikintisi üçün tender elan edib.

Məhkəmənin binasının tikintisi "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsi çərçivəsində həyata keçiriləcək.

Ədliyyə Nazirliyinin rəsmi internet saytında yayılan məıumata görə, tender təklifləri bu il dekabrın 9-dək təqdim olunmalıdır. Tender təklifləri həmin gün açılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti