...

Azərbaycanda yenidən "donuz qripi"nə yoluxma faktı aşkar edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Noyabr 2009 12:12 (UTC +04:00)
Ukraynanın İvanovo-Frankov vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 aşkar edilib, bu barədə Azərbaycanın Səhiyyə Nazirliyinin çərşənbə günü yayılan məlumatında deyilir.
Azərbaycanda yenidən "donuz qripi"nə yoluxma faktı aşkar edilib (ƏLAVƏ OLUNUB)

RED: Dördüncü abzasdan sonra təfərrüatları barədə əlavə olunub.

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir Ü.İsmayılova /

Ukraynanın İvanovo-Frankov vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 aşkar edilib, bu barədə Azərbaycanın Səhiyyə Nazirliyinin çərşənbə günü yayılan məlumatında deyilir.

Xəstə Elmi-tədqiqat ağciyər xəstəlikləri institutuna yerləşdirilib və həkimlərin nəzarəti altında müalicə kursu keçir.

Xəstə ilə ünsiyyətdə olan şəxslər arasında profilaktik təbirlər keçirilir.

Azərbaycanda iyulda "dozun qripi"nə iki yoluxma faktı qeydə alınıb. Sözügedən faktlar Fransa və İngiltərədən glən şəxslərdə aşkar olunub. Yoluxanların hər ikisi tamamilə sağalıb.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pulsuz olaraq "donuz qripi" A/H1N1 əleyhinə 300 milyon doza peyvənd ayrılan 90 ölkə sırasına daxil olub. Pandemiya əleyhinə vaksinlərin ilk hissəsi ölkəyə noyabrda gətiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada "donuz qripi" üzrə ümumilikdə 400 min yoluxma faktı qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti