...

Azərbaycanda qadınların hüquqlarını bilməməsi məişət zorakılığına və qadın hüquqlarının pozulmasına səbəb olur - Komitə sədri

Cəmiyyət Materials 25 Noyabr 2009 14:27 (UTC +04:00)
Trend News-un məlumatına görə, bunu Bakıda ATƏT-in, Milli Məclisin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin "Məişət zorakılığınını qarşısının alınması: ictimaiyyəti məlumatlandırmaq və qanuna dəstək" mövzusunda bu gün birgə keçirilən beynəlxalq konfransında Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Azərbaycanda qadınların hüquqlarını bilməməsi məişət zorakılığına və qadın hüquqlarının pozulmasına səbəb olur - Komitə sədri

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda qadınların əksəriyyətinin öz hüquqlarını bilməməsi və dövlətin verdiyi imkanlardan yararlanmağı bacarmaması məişət zorakılığına və qadın hüquqlarının pozulmasına səbəb olur, Trend -un məlumatına görə, bunu Bakıda ATƏT-in, Milli Məclisin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin "Məişət zorakılığınını qarşısının alınması: ictimaiyyəti məlumatlandırmaq və qanuna dəstək" mövzusunda bu gün birgə keçirilən beynəlxalq konfransında Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb.

BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur.

"Zorakılığın qarşısının alınması qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılmasını, əhalinin maarifləndirilməsi sahəsində aktiv fəaliyyətin həyata keçirilməsini tələb edən prosesdir", - deyə Hüseynova vurğulayıb.

Komitə sədri dünyada aktuallıq kəsb edən məişət zorakılığ və qadın hüquqlarının pozulması kimi halların Azərbaycanda da mövcud olmasından təəssüflənir. O, məişət zorakılığınım doğurduğu nəticələrin aradan qaldırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi, xüsusi hüquqi aktların işlənib hazırlanmasını vacib sayır.

"Hesab edirəm ki, "Məişət zorakılığı haqqında" qanunun qəbul edilməsi irəliyə doğru atılmış bir addım olar və qadınlara qarşı zorakılıq probleminin həllinə ciddi təkan verə bilər", - Komitə sədri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti