...

Bakıda MDB-də KİV-lərin vəziyyətinə dair beynəlxalq konfrans keçirilə bilər - Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 26 Noyabr 2009 18:27 (UTC +04:00)
Bakıda "MDB məkanı KİV-lərində etik prinsiplər: problemlər, tendensiyalar" mövzusunda beynəlxalq konfrans keçirilə bilər. Trend News-un məlumatına görə, bu barədə mətbuata açıqlamasında Avstriyada səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
Bakıda MDB-də KİV-lərin vəziyyətinə dair beynəlxalq konfrans keçirilə bilər - Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir M.Əliyev/

Bakıda "MDB məkanı KİV-lərində etik prinsiplər: problemlər, tendensiyalar" mövzusunda beynəlxalq konfrans keçirilə bilər. Trend -un məlumatına görə, bu barədə mətbuata açıqlamasında Avstriyada səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Paytaxt Vyanada fəaliyyət göstərən müxtəlif jurnalist təşkilatlarındakı görüşlərin məhsuldar keçdiyini deyən Şura sədri belə bir təşəbbüsün qarşılıqlı müzakirələr sonrası meydana çıxdığını vurğulayıb.

"Tədbirin Bakıda keçirilməsi istər Azərbaycan, istərsə də bütövlükdə MDB məkanı üçün əhəmiyyətlidir. Azərbaycan Mətbuat Şurası 6 ildir ki, fəaliyyət göstərir. Qurum media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində yetərincə təcrübəyə malikdir. MDB məkanının digər yerlərində Mətbuat Şurası bir institut olaraq zəif inkişaf edib. Bu baxımdan Azərbaycandakı eyni adlı qurumun iş təcrübəsinin araşdırılması əhəmiyyətlidir. Əlbəttə, nöqsan və çatışmazlıqlar, həmçinin öyrənilməli olan bir çox istiqamətlər də var. Bütün bunlarla bağlı avropalı ekspertlərin fikirlərinin, o cümlədən Mətbuat Şurası ilə bağlı böyük tarixə malik Avstriyanın təcrübəsinin daha yaxından mənimsənilməsi maraqlı olardı", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti