...

Azərbaycanda əsirlikdə olan 5 erməni hərbçi üçüncü ölkəyə getmək istədiklərini bildiriblər - Dövlət Komissiyasının katibi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 Dekabr 2009 15:46 (UTC +04:00)
Azərbaycanda əsirlikdə olan 5 erməni hərbçi üçüncü ölkəyə getmək istədiklərini bildiriblər. Trend News-un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.
Azərbaycanda əsirlikdə olan 5 erməni hərbçi üçüncü ölkəyə getmək istədiklərini bildiriblər - Dövlət Komissiyasının katibi (ƏLAVƏ OLUNUB)

RED.: əlavəsi: birinci abzasdan sonra erməni və Azərbaycan əsirləri barədə məlumat verilib

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda əsirlikdə olan 5 erməni hərbçi üçüncü ölkəyə getmək istədiklərini bildiriblər. Trend -un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.

"Erməni əsirlər üçüncü ölkəyə getmək istədikləri ilə bağlı müvafiq qurumlara yazılı surətdə müraciət ediblər və biz də həmin məktubların surətlərini görmüşük", - Sayılov deyib.

Trend -un arayışı: Ermənistan ordusunun əsgərləri Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan fevralın 27-dən 28-nə keçən gecə Ağcabədi rayonunun Minaxorlu kəndi istiqamətində təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.

Bundan əvvəl Harutunyan Ohan Vadinagiyeviç və Tomasyan Gevorq Serjikoviç mayın 31-də qoşunların təmas xəttində, Goranboy rayonu ərazisində, Karen Noriqoviç Harutunyan isə iyulun 15-i axşam Gədəbəy istiqamətində Azərbaycan tərəfə keçmişdilər.

Erməni əsgərləri əsir düşmələrini ordunun baxımsız vəziyyətdə olması, ordudakı özbaşınalıq ilə əlaqələndiriblər.

Sayılovun sözlərinə görə, Ermənistanda əsirlikdə olan azərbaycanlıların da üçüncü ölkəyə getmələri barədə də məlumatlar var.

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin azərbaycanlı əsirlərdən gətirdikləri məktublarda bu barədə fikirlər var. Bu məktublar da təbii ki, təzyiq altında yazılıb. Onların düzgün deyib-demədiyini Azərbaycana qayıdandan sonra bilərik. Düşmən əlində olan əsirə təzyiqlər göstərilir və təzyiq nəticəsində vətənə qayıtmaqdan imtina edirlər", - Dövlət Komissiyasının katibi əlavə edib.

Ermənistanda 2 azərbaycanlı əsir var.

Sayılov bildirib ki, hər iki ölkədən olan əsir və girovların qaytarılmasında problemlər yaranıb.

"Bu problemlər onların vətənə qayıtmaqdan imtina etməsi ilə bağlıdır. İmtinanın arxasında çox ağır iş durur. Bu prosesi tənzimləmək, nizama salmaq uzun vaxt aparan, yorucu prosesdir. Beynəlxalq təşkilatlar üçün də əsirlərin qaytarılmasında çətinliklər yaranıb. Beynəlxalq təşkilatlarda belə bir fikir formalaşıb ki, əsir və girovluqda olmaq və bunun vasitəsilə 3-cü ölkəyə getmək bir dəb halını alıb. Əsasən də ermənilərin. Son dövrlərdə 3-cü ölkələrə gedən ermənilərin sayı azərbaycanlılardan çoxdur. Onlar bu kanaldan xarici ölkələrdə daimi yaşayış imkanı əldə etmək üçün istifadə edirlər", - Sayılov deyib.

Onun sözlərinə görə, son bir ildə əsir və girovluqdan qaytarılan ermənilər və azərbaycanlıların sayı 18-20 nəfərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti