...

Azərbaycanın sığorta-pensiya modeli Əfqanıstan nümayəndə heyətinə təqdim ediləcək

Cəmiyyət Materials 21 Dekabr 2009 12:45 (UTC +04:00)
Azərbaycanın sığorta-pensiya modeli Dünya Bankı ekspertləri ilə birgə ölkəmizə səfərə gələn Əfqanıstan Respublikasının nümayəndə heyətinə təqdim ediləcək.
Azərbaycanın sığorta-pensiya modeli Əfqanıstan nümayəndə heyətinə təqdim ediləcək

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın sığorta-pensiya modeli Dünya Bankı ekspertləri ilə birgə ölkəmizə səfərə gələn Əfqanıstan Respublikasının nümayəndə heyətinə təqdim ediləcək.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorundan bazar ertəsi Trend -a bildiriblər ki, Dünya Bankı Azərbaycanın sığorta-pensiya modelini keçid dövrü ölkələri üçün bir örnək kimi təqdim edib. Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin öyrənilməsi Dünya Bankı tərəfindən keçid dövrü ölkələrinə tövsiyə olunub.

Dünya Bankının Əfqanıstan üzrə layihəsi çərçivəsində, ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış olmaq məqsədi ilə Əfqanıstan nümayəndə heyətinin Azərbaycana səfərə başlayıb. Dekabrın 27-nə qədər Bakıda olacaq nümayəndə heyətinin tərkibinə Dünya Bankı ekspertləri, Əfqanıstanın Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər Nazirliyinin rəhbər şəxsləri, o cümlədən bu ölkənin Maliyyə Nazirliyinin, Müstəqil Administrativ İslahat və Dövlət Qulluğu üzrə Komissiyasının əməkdaşları daxildir.

Qonaqlar dekabrın 21-də Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla görüşüblər. Nümayəndə heyətini Fondun fəaliyyəti ilə yaxından tanış edən Müslümov vurğulayıb ki, Azərbaycanda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq standartlara uyğun sığorta-pensiya sistemi yaradılıb. Ölkədəki geniş spektrli islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması üçün indiyə qədər görülən işlər barədə qonaqları məlumatlandıran Fondun sədri fərdi uçot sistemi, sığorta-pensiya sistemində hüquqi və fiziki şəxslərin qeydiyyatı, sosial qanunvericilik və s. məsələlərlə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti