...

Azərbaycan Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar üzrə 60 min avro məbləğində cərimələnib

Cəmiyyət Materials 21 Dekabr 2009 13:33 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə bildirib.
Azərbaycan Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar üzrə 60 min avro məbləğində cərimələnib

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir A.Hüseynbala/

Avropa Məhkəməsinin bu il Azərbaycana qarşı qəbul etdiyi 6 qərar üzrə dövlət 60 min avro məbləğində cərimələnib.

Trend -un məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə bildirib.

Əsgərov deyib ki, qəbul edilmiş 6 qərarın biri qüvvəyə minib və onun icrası üçün müvafiq tədbirlər həyata keçirilir.

Səlahiyyətli nümayəndə ötən illərlə müqayisədə bu il Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayının azaldığını deyib. Onun sözlərinə görə, ötən illərdə məhkəməyə Azərbaycandan il ərzində 500 şikayət daxil olurdu.

Şikayətlərin məzmununa toxunan Əsgərov deyib ki, şikayətlər Avropa Konvensiyası ilə qorunan müxtəlif hüquqların pozuntusunu əhatə edir.

Əsgərov məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə qərarın gələn ilin sonunadək qəbul olunacağını istisna etmir.

Laçından olan məcburi köçkün Çıraqov və digərlərinin işi ilə bağlı Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında aparılan yazışmalar başa çatıb. Avropa Məhkəməsi şikayətə Böyük Palatada baxılması haqqında qərar qəbul edib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Ermənistana qarşı işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlar tərəfindən Avropa Məhkəməsində baxılacaq işlərdə Çıraqov və digərlərinin işi ilə bağlı qərar pilot qərar kimi rəhbər tutulacaq və digər şikayətlərə də eyni qaydada baxılacaq.

Şikayətdə Azərbaycan vətəndaşları mülkiyyət hüquqlarının pozulduğunu iddia edir və kompensassiya ödənilməsini tələb edirlər.

Avropa Məhkəməsi Azərbaycana qarşı 21 qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti