...

"Zamin Bank "ın Mərkəzi filialının sabiq direktoruna hökm oxunub

Cəmiyyət Materials 29 Dekabr 2009 18:15 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vidadi Xudiyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
"Zamin Bank "ın Mərkəzi filialının sabiq direktoruna hökm oxunub

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir H.Bağırov/

"Zamin Bank "ın Mərkəzi filialının sabiq direktoruna hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vidadi Xudiyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xudiyev Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.1, 179.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddələri ilə ittiham olunur.

Bakı şəhər sakini, "Zamin Bank"ın Mərkəz filialının direktoru olmuş Xudiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaqda ittiham olunur. Həmçinin, Xudiyevin Bakı şəhər sakinləri Orxan Şirinov, Sərdar Qəribov və digər şəxslərin etibarından istifadə edərək, pul vəsaitlərini mənimsədiyi müəyyən edilib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xudiyev tutulub.

Xəbər lenti

Xəbər lenti