...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu növbəti interaktiv sorğunun nəticələrini açıqlayıb

Cəmiyyət Materials 6 Yanvar 2010 11:26 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirmək məqsədi ilə keçirilən növbəti interaktiv sorğu yekunlaşıb.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu növbəti interaktiv sorğunun nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirmək məqsədi ilə keçirilən növbəti interaktiv sorğu yekunlaşıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorunun yaydığı məlumata görə, budəfəki sorğu zamanı respondentlərə "Fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi" sualı ünvanlanıb.

Sorğunun yekun nətıcələrinə əsasən, respondentlərin 33,6 faizi "Fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi" sualına "xeyr", 31,5 faizi isə "bu barədə məlumatım yoxdur" cavabını veriblər. Sorğuya qatılanların 34,9 faizi isə fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bildiyini vurğulayıb.

Sorğunun nəticələri göstərir ki, respondentlərin ümumilikdə 65,1 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğundan məlumatsızdır.

2006-cı il yanvarın 1-dən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Fərdi uçot sistemi tətbiq edildikdən sonra təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

Xəbər lenti

Xəbər lenti