...

Azərbaycanda ötən il ekoloji qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği bir milyon yarımı keçib

Cəmiyyət Materials 14 Yanvar 2010 14:31 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu ildə ekoloji qanun pozuntusu ilə əlaqədar olaraq hüquqi və fiziki şəxslərə qarşı 1 milyon 546 min manat məbləğındə cərimə sanksiyası tətbiq edib ki, bunun da 268 min manatı ödənilib.
Azərbaycanda ötən il ekoloji qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği bir milyon yarımı keçib

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu ildə ekoloji qanun pozuntusu ilə əlaqədar olaraq hüquqi və fiziki şəxslərə qarşı 1 milyon 546 min manat məbləğındə cərimə sanksiyası tətbiq edib ki, bunun da 268 min manatı ödənilib. Bu barədə cümə axşamı Ekologiya Nazirliyinin mətbuat xidmətindən Trend -a bildirilib.

Ətraf mühitə zərər verilməsi ilə bağlı tətbiq edilmiş cərimələrin məbləğı 2,212 min manat təşkil edir ki, bunun da 78 min manatı ödənilib.

Qeyd edilən dövr ərzində su resurslarından səmərəli istifadə üzrə ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar tətbiq edilmiş cərimələr 175,4 min manat təşkil edib ki, bunun da 3,4 min manatı ödənilib.

Atmosferin çirklənməsi üzrə tətbiq edilən cərimələr 276,6 min manat təşkil edib ki, bunun da 70,3 min manatı ödənilib; torpağın çirkləndirilməsinə görə 30,6 min manat cərimə tətbiq olunub və bunun 3,8 min manatı ödənilib; floranın müdafiəsi üzrə tətbiq edilmiş cərimələrin həcmi 173,5 min manat təşkil edib ki, bunun da 44,7 min manatı ödənilib; faunanın müdafiəsi üzrə tərbiq edilmiş cərimələrin həcmi isə 48 min manat təşkil edib və 14 min manat ödənilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti