...

Səudiyyə Ərəbistanının elm mərkəzi Azərbaycan alimlərinin layihələrini maliyələşdirəcək

Cəmiyyət Materials 28 Yanvar 2010 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir M.Əliyev/

Səudiyyə Ərəbistanının Kralı Əbdül Əzizin Elm və Texnika Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kimya və neft-kimya problemlərinin tədqiqi sahəsindəki alimlərinin dörd layihəsini maliyyələşdirəcək. Bu barədə AMEA-nın elmi katibi Sərxan Abbasov cümə axşamı Trend -a bildirib.

"AMEA prezidenti Mahmud Kərimovun bu yaxınlarda Səudiyyə Ərəbistanına səfəri zamanı Kimya Problemləri İnstitutunun layihələrinin maliyyələşdirilməsi haqqında müqavilə imzalanıb", - Abbasov deyib.

Onun sözlərinə görə, layihələrin maliyyə tərəfi hələ açıqlanmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti