...

Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin həyati əhəmiyyət daşıyan preparatlarla təmin olunmasına dair növbəti aksiya həyata keçirib

Cəmiyyət Materials 10 Fevral 2010 12:30 (UTC +04:00)
Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin həyati əhəmiyyət daşıyan preparatlarla təmin olunması sahəsində növbəti aksiya həyata keçirib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Diabet Cəmiyyəti və Novo Nordisk şirkətinin Respublikadakı nümayəndəliyi ilə birgə əyata keçirilən layihə şəkərli diabet xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və pasientləri müalicə prosesində tətbiq edilən müasir vasitələrlə təmin etmək məqsədi daşıyır. Bu barədə Fondun məlumatında deyilir.
Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin həyati əhəmiyyət daşıyan preparatlarla təmin olunmasına dair növbəti aksiya həyata keçirib

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir S.Ağayeva/

Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin həyati əhəmiyyət daşıyan preparatlarla təmin olunması sahəsində növbəti aksiya həyata keçirib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Diabet Cəmiyyəti və Novo Nordisk şirkətinin Respublikadakı nümayəndəliyi ilə birgə əyata keçirilən layihə şəkərli diabet xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və pasientləri müalicə prosesində tətbiq edilən müasir vasitələrlə təmin etmək məqsədi daşıyır. Bu barədə Fondun məlumatında deyilir.

Layihə çərçivəsində Azərbaycana 2 min ədəd inyektor və onlara ucluq gətirilıb. Aksiya zamanı yeniyetmələr, hamilə qadınlar, qlükemik indeksi 9 faizdən yuxarı olanlara üstünlük verməklə 1200 nəfər imkansız, ciddi fəsadları olan vətəndaş inyektor və ucluqla təmin ediləcək.

Səmərəli tibbi xidmətin təşkilini vacib hesab edən Fond 2004-cü ildən başlayaraq "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində hər il 14 yaşınadək qeydiyyatda olan pasientləri dərman preparatı və şpris qələmlə təmin edib. Davamlı layihə ilə yanaşı, Fond beynəlxalq əməkdaşlıq çərçivəsində humanitar aksiyalar keçirərək şəkərli diabet xəstələri üçün əldə etdiyi dərman preparatlarını qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan vətəndaşlara təqdim edib.

2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə əlaqədar olaraq Bakı şəhərində yaşayan 276 uşaq şəhər 6 saylı klinik xəstəxanada müayinə edilərək keyfiyyətli insulin analoqu və qələm-iynə ilə təmin olunub.

Heydər Əliyev Fondunun digər qeyri-hökumət qurumları ilə həyata keçirdiyi uğurlu layihələr bu sahədə Dövlət Proqramına xüsusi dəstək olaraq Respublika şəkərli diabet xəstələrinin həyati əhəmiyyətli preparat və müayinələrlə təminatında dönüş yaranmasına kömək edib.

Xəbər lenti

Xəbər lenti