...

Azərbaycanda məhkəmə qərarlarının icrasını gecikdirən bir qrup məhkəmə icraçıları qurumlarının işi tənqid olunub

Cəmiyyət Materials 12 Fevral 2010 10:43 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçiləri xidmətinin yerli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirədə xəbər verilib.
Azərbaycanda məhkəmə qərarlarının icrasını gecikdirən bir qrup məhkəmə icraçıları qurumlarının işi tənqid olunub

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkəmə qərarlarını vaxtında  icra etmədiyi üçün bir qrup məhkəmə icraçıları qurumlarına irad tutulub.

Trend -un məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçiləri xidmətinin yerli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirədə xəbər verilib.

Bildirilib ki, Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi rayon və Sumqayıt şəhər, BərdəXaçmaz rayon məhkəmə icraçıları qurumlarının fəaliyyəti tənqid olunub. Vurğulanıb ki, bəzi işçilər tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilib, icra tədbirləri vaxtında həyata keçirilməyib və bununla da vətəndaşların haqlı narazılığına səbəb olub.

İclasda xidmətin fəaliyyətinə nəzarətin gücləndirilməsi, tabe qurumlarda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi Xanlar Zeynalov bildirib ki, ötən il qurumun icraatında olan 100 minə yaxın icra sənədinin 85 faizi öz həllini tapıb. Məhkəmə qərarlarının və digər icra sənədlərinin icrası ilə bağlı məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən 819 borclu şəxs inzibati məsuliyyətə cəlb edilib, 125-i barəsində cinayət işi başlanıb.

İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği ötən il 81,14 faiz artaraq 38 milyon manatdan çox olub.

Xəbər lenti

Xəbər lenti