...

"Neftçi" növbəti oyuna qara sarğı ilə çıxacaq

Cəmiyyət Materials 14 Fevral 2010 16:13 (UTC +04:00)
Azərbaycanın "Neftçi" futbol klubunun oyunçuları baş verən faciə ilə bağlı Unibank Premyer-Liqasının növbəti turunda "Xəzər Lənkəran" ilə oyununa qara sarğı ilə çıxacaq.
"Neftçi" növbəti oyuna qara sarğı ilə çıxacaq

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın "Neftçi" futbol klubunun oyunçuları baş verən faciə ilə bağlı Unibank Premyer-Liqasının növbəti turunda "Xəzər Lənkəran" ilə oyununa qara sarğı ilə çıxacaq. Bu barədə Trend -a klubun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elnur Əşrəfoğlu bildirib.

Şənbədən bazara keçən gecə "Neftçi" işçilərinin maşını "Karvan"la keçirilən oyundan sonra Yevlaxdan qayıdarkən qəzaya uğrayıb. Ağır yol qəzası nəticəsində klubunun 2 işçisi həlak olub, digər iki əməkdaşı yaralanıb.

"Neftçi"nin "Xəzər Lənkəran" ilə ev oyunu fevralın 17-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti