...

Azərbaycanda Xocalı faciəsinin ildönümü münasibəti ilə güllə atıcılığı üzrə turnir keçiriləcək

Cəmiyyət Materials 23 Fevral 2010 13:40 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) Xocalı faciəsinin ildönümü münasibəti ilə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə turnir keçirəcək. Bu barədə Trend News-a GİN-nin mətbuat xidmətindən bildiriblər.
Azərbaycanda Xocalı faciəsinin ildönümü münasibəti ilə güllə atıcılığı üzrə turnir keçiriləcək

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir M. Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) Xocalı faciəsinin ildönümü münasibəti ilə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə turnir keçirəcək. Bu barədə Trend -a GİN-nin mətbuat xidmətindən bildiriblər.

Tədbirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırım qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə köməklik göstərmək, eyni zamanda güllə atıcılığı idaman növünü geniş təbliğ etməkdir.

Gənclər və İdman Nazirliyi güllə atıcılığı üzrə turniri artıq 3 ildir ki, fevralın 26-da Xocalı faciəsinin ildönümü münasibəti ilə təşkil edir.

Fevralın 24-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq tədbirdə Bakı, Sumqayıt və Lənkəran şəhərlərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin 22 komandası iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti