...

Sabiq Prezident Rəfsəncaninin övladları barəsində cinayət işi başlanıb - İranın ədliyyə naziri

Cəmiyyət Materials 2 Mart 2010 15:53 (UTC +04:00)
İranın ədliyyə naziri Mürtəza Bəxtiyari bildirib ki, Rəfsəncaninin qızı Faizə Haşimi və oğlu Mehdi Haşimi barəsində cinayət işi başlanıb.
Sabiq Prezident Rəfsəncaninin övladları barəsində cinayət işi başlanıb - İranın ədliyyə naziri

İranın ədliyyə naziri Mürtəza Bəxtiyari bildirib ki, Rəfsəncaninin qızı Faizə Haşimi və oğlu Mehdi Haşimi barəsində cinayət işi başlanıb. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

İranın Məsləhət Şurasının sədri və ölkənin sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncanin övladları Mehdi və Faizə xanım Haşimi bundan əvvəl dəfələrlə ölkədə iğtişaş yaratmaqda ittiham olunublar. İranda 2009-cu il iyun ayında keçirilmiş prezident seçkilərinin nəticəsinə qarşı geniş aksiyalar təşkil olunub. Aksiyalarda minlərlə iştirakçı həbs olunub və onlarla insan qətlə yetirilib. Ötən həftə mitinqlərin iki iştirakçısı edam olunmuşdu.

Aksiyalar zamanı iki dəfə Haşimi Rəfsəncaninin qızı Faizə həbs olunub. Mehdi Haşimi isə bir neçə aydır Britaniyadadır.

Bəxtiyari əlavə edib ki, İranda keçirilmiş prezident seçkilərindən sonra baş vermiş iğtişaşlarda iştirak etməkdə ittiham olunan şəxslərin işinə baxılır.

Xəbər lenti

Xəbər lenti