...

Azərbaycanda 634 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb – DMX

Cəmiyyət Materials 9 Mart 2010 12:04 (UTC +04:00)
Azərbaycanda fevral ayında 634 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 117 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
Azərbaycanda 634 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb – DMX

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir T.Hacıyev/

Azərbaycanda fevral ayında 634 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 117 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. Bu barədə çərşənbə axşamı Trend -a Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, 2010-cu ilin fevral ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqətiolma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazən müddətlərinin uzadılması ilə bağlı 4334 müraciət daxil olub.

Hesabat dövründə DMX-nin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın qarşısının alınması üçün keçirilmiş tədbirlər nəticəsində, 955 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 204 nəfərinin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Xəbər lenti

Xəbər lenti