...

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunda pensiyaçı gimnast xanımlar mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 9 Mart 2010 14:39 (UTC +04:00)
Azərbaycanda idmanın sürətli inkişafı və qazanılan nailiyyətlər bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində mümkün olub. - Trend News-un məlumatına görə, çərşənbə axşamı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunda pensiyaçı gimnast xanımlar mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunda pensiyaçı gimnast xanımlar mükafatlandırılıb.

Azərbaycanda idmanın sürətli inkişafı və qazanılan nailiyyətlər bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində mümkün olub. - Trend -un məlumatına görə, çərşənbə axşamı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Pensiyada olan gimnast qadınları bayram münasibətilə təbrik edən Müslümov deyib ki, Milli Olimpiya Komitəsinin rəhbəri, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində son 10 ildə Azərbaycan idmanının tarixinə şanlı səhifələr yazılıb.

"İdmanda qazanılan nailiyyətlər göz qabağındadır. İdmançılarımız qisa müddətdə  Olimpiya Oyunlarında Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyublar, yeni-yeni qələbələr qazanıblar", - Fondun sədri əlavə edib.

Onun fikrincə, son illər idmanın gimnastika növünün inkişafında ciddi dönüş baş verib.

"Gimnastika Federasiyasının səmərəli fəaliyyəti sayəsində, gimnastika idmanın ən dinamik inkişaf edən növlərindən birinə çevrilib. Azərbaycanda gimnastika ənənələrinin yaşamasında pensiyaçı gimnastların rolunu danmaq olmaz", - Müslümov vurğulayıb.

Tədbirdə çıxış edən pensiyaçı gimnast xanımlar Azərbaycanda idmançıların sosial problemlərinin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildiriblər. Gimnastika Federasiyası veteranlar şurasının sədri Arif Quliyev və gimnast xanımlar onlara göstərilən diqqət və qayğıya görə Gimnastika Federasıyasının Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti