...

İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 10 Mart 2010 12:58 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cəlilabad rayon sakinləri - Fikrət Piriyev 8 il, Akif Miriyev 6 il 6 ay, Elşən Quliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm çıxarılıb

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cəlilabad rayon sakinləri - Fikrət Piriyev 8 il, Akif Miriyev 6 il 6 ay, Elşən Quliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər 2008-ci il oktyabrın 4-də Dövlət Sərhəd Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana narkotik vasitə keçirərkən saxlanılıblar. Onlardan 15 kiloqram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti