...

İranın Xuzistan əyalətində bir nəfər edam olunub

Cəmiyyət Materials 12 Mart 2010 14:38 (UTC +04:00)
İranın Xuzistan əyalətinin Kuy-e Ramazan regionunda narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan "S.M" adlı şəxs edam olunub. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb. Xuzistan əyalətinin prokurorluğunun mətbuat xidməti edam hökmünün ötən gün icra edildiyini deyib.
İranın Xuzistan əyalətində bir nəfər edam olunub

İranın Xuzistan əyalətinin Kuy-e Ramazan regionunda narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan "S.M" adlı şəxs edam olunub. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb. Xuzistan əyalətinin prokurorluğunun mətbuat xidməti edam hökmünün ötən gün icra edildiyini deyib.

Məlumatda Xuzistan əyalətinin Əhvaz şəhərində martın 13-də bir nəfər "Müharib" (hərb elan etmiş), 14-də isə daha bir narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan şəxsin edam olunacağı bildirilib.

Allaha, Peyğəmbərə və İslam hökumətinə qarşı çıxan şəxs və ya şəxslərə "Müharib" (hərb elan etmişlər) deyilir. İran Konstitusiyasının 183-196-cı maddələrində "Müharib" və "İslam hökumətini devirmək" istəyən şəxsə sürgün və edam kimi cəzalar nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti