...

Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərdən bəhs edən "Soyqırım" filminin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2010 15:33 (UTC +04:00)
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan - 1918-ci il 31 mart Qubada dinc əhaliyə qarşı erməni daşnaklarının törətdiyi vəhşiliklərdən bəhs edən "Soyqırım" sənədli filminin təqdimatı keçirilib.
Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərdən bəhs edən "Soyqırım" filminin təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir M. Əliyev/

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  hazırlanan 1918-ci il 31 mart Qubada dinc əhaliyə qarşı erməni daşnaklarının törətdiyi vəhşiliklərdən bəhs edən "Soyqırım" sənədli filminin təqdimatı keçirilib.

"Bu gün dünya ictimaiyyəti üçün ən təsirli vasitə filmdir və ən vacibi odur ki, "Soyqırım" filmində öz taleyini, əzizlərini erməni vəhşilikləri nəticəsində itirən insanlardan bəhs olunur",  - filmin baş məsləhətçisi, millət vəkili Qənirə Paşayeva filmin təqdimat mərasimində bildirib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gündə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Onun sözlərinə görə, bu cür filmlərin sayı artırılmalı və virtual məkanda yerləşdirilməlidir ki, Azərbaycandan kənarda yaşayan insanların bu faciələr barəsində məlumatlanmasına şərait yaradılsın.

Aprel ayı ərzində "Soyqırım" filmi ingilis dilinə tərcümə olunaraq, ABŞ-da və Avropanın bir sıra ölkələrində nümayiş olunacaq. Filmin rejissoru və ssenari müəllifi Etibar Məmmədovdur.

Paşayeva çıxışında Ümummilli Lider Heydər Əliyevin 31 Mart - Soyqırım Günü ilə bağlı müraciətini xatırladaraq bildirib ki, bu gün bizim nəsillərin üzərinə düşən vəzifə Azərbaycanın bu həqiqətlərini faktlarla beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

"Erməni lobbisi öz qondarma "soyqırım" iddiaları ilə dünya ölkələrinin parlamentlərində siyasi qərarlar qəbul etdirməyə çalışırlar. Bu səbəbdən biz informasiya müharibəsində daha çox səylə çalışmalıyıq", - millət vəkili bildirib.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərovun sözlərinə görə, "Soyqırım" filminin dünya ölkələrində yayılmasının dünya ictimaiyyətinə çox böyük təsiri olacaq.

"Filmdə canlı insanların təmsilində ermənilərin Azərbaycan ərazisinə, əhalisinə, mədəniyyətinə qarşı törətdiyi vəhşiliklər real faktlarla göstərilib", - Səfərov bildirib.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov təqdimat mərasimində bildirib ki, hazırda ermənilərin törətdiyi soyqırımı təsdiq edən kifayət qədər sübut var.

"Erməni quldurlarının dinc Azərbaycan xalqına qarşı verdiyi əziyyət, ölüm faktı - ana bətnindən uşaqların çıxarılıb məhv edilməsi, tonqallarda ziyalıların yandırılması - dünya tarixində heç bir yerdə təsadüf olunmur.

Xəbər lenti

Xəbər lenti