...

Azərbaycanda rüşvət almaqda ittiham olunan zabitə 4 il həbs cəzası verilib

Cəmiyyət Materials 2 Aprel 2010 16:20 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə rüşvət almaqda ittiham olunan Azərbaycan Silahlı Qüvvəllərinin hərbi qulluqçusu Məmmədyar İsgəndərov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda rüşvət almaqda ittiham olunan zabitə 4 il həbs cəzası verilib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda rüşvət almaqda ittiham olunan zabitə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə rüşvət almaqda ittiham olunan Azərbaycan Silahlı Qüvvəllərinin hərbi qulluqçusu Məmmədyar İsgəndərov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin hədə-qorxu yolu ilə təkrar rüşvətalma (311.3.2, 311.3.4), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.1), hərbi qulluqçunu təhqiretmə, döymə və ya işgəncəvermə (331.2, 331.3), qəsdən sağlamlığa yüngül zərərvurma (128) maddələri ilə ittiham edilib.

İsgəndərov xidmət etdiyi hərbi hissədə tabeliyində olan əsgərlərdən rüşvət alıb. Pul vermək istəməyən əsgərləri isə döyərək, təhqir edib.

Cinayət işi üzrə 10 zərərçəkmiş tanınıb.

Xəbər lenti

Xəbər lenti