...

Azərbaycan taekvandoçusu erməni idmançısını məğlub edərək, qızıl medala sahib oldu

Cəmiyyət Materials 8 Aprel 2010 14:35 (UTC +04:00)
İranın paytaxtı Tehranda keçirilən taekvando üzrə 22-ci "Fəcr" beynəlxalq turnirində azərbaycanlı idmançı qızıl medal qazanıb.
Azərbaycan taekvandoçusu erməni idmançısını məğlub edərək, qızıl medala sahib oldu

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

İranın paytaxtı Tehranda keçirilən taekvando üzrə 22-ci "Fəcr" beynəlxalq turnirində azərbaycanlı idmançı qızıl medal qazanıb.

74 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmmədov finalda erməni rəqibi Levon Paşabezyana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər taekvandoçumuz Samir Aydınov (54 kq) isə beynəlxalq turnirin gümüş mükafatçısı olub. Azərbaycan turnirdə 11 taekvandoçu ilə təmsil olunur.

Turnirdə 13 ölkədən taekvandoçu iştirak edir.

Xəbər lenti

Xəbər lenti