Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/
Bazar günü BİA Trend mətbuat mərkəzində düzənlənmiş mətbuat konfransında Beynəlxalq qılıncoynatma federasiyasının baş katibi Maksim Paramonov demişdir ki, Bakıda keçirilən gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatının təşkilinin yüksək səviyyəsi bunu deməyə imkan verir ki, Azərbaycanın federasiyası daha yüksək səviyyəli turnir təşkil etməyə hazırdır.
Onun sözlərinə görə, Azərbaycan paytaxtında yarış yüksək səviyyədə təşkil edilmişdir və burada təxminən 100 federasiyanın iştirakı Azərbaycana qarşı böyük maraq olduğunu göstərir.
Aprelin 2-10 Bakıda keçən gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatında 87 ölkədən 1565 idmançı iştirak etmişdir.
Qılıncoynatma üzrə Avropa konfederasiyasının prezidenti Fransişek Yanda mətbuat konfransında demişdir ki, indiki zamanda onun başçılıq etdiyi konfederasiyanın qarşısında duran məsələ Azərbaycan qılıncoynadanlarının səviyyəsinin qabaqcıl Avropa ölkələrinə yaxınlaşmasına nail olmaqdır. " Bu Azərbaycan idmançılarının, müntəzəm olaraq, müxtəlif dərəcəli avropa turnirlərində çıxış etməsi, bu ölkələrdə azərbaycanlı məşqçilərin hazırlanması və Azərbaycan qılıncoynatma federasiyasını lazımi avadanlıqlarla təmin etmə anlamına gəlir", - Yanda demişdir.
Hal - hazırda Azərbaycan 2012 ildə böyüklər arasında qılıncoynatma üzrə Avropa çempionatını keçirməyə iddialı olan yeganə ölkədir.
Azərbaycan qılıncoynatma federasiyasının baş katibi Ramin Məmmədov demişdir ki, Dünya çempionatının Azərbaycanda keçirilməsinin əsas məqsədi qılıncoynatma idman növünün ölkədə və regionda geniş yayılmasına nail olmaqdır.
O, dövlət tərəfindən dəstək və ölkədə qılıncoynatmaya qarşı marağın yüksəlməsi sayəsində, Azərbaycanda yaxşı idmançıların yetişəcəyinə ümid bəslədiyini bildirdi.