...

Sumqayıtda "Sətirlərdə döyüşən illər" adlı tədbir keçirilib

Cəmiyyət Materials 14 Aprel 2010 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Sumqayıt şəhər 12 saylı uşaq kitabxanasında faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuş "Sətirlərdə döyüşən illər" adlı tədbir keçirilib. Tədbirdə oxucular II Dünya müharibəsi və bəşəriyyətə vurulan zərərlər barədə məlumatlandırılıb. Eyni zamanda, oxucular faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuş "Odlu illərin salnaməsi" adlı kitab sərgisi ilə tanış olub, onlara sərgidə nümayiş etdirilən nəşrlərin qısa xülasəsi verilib.

Daha sonra oxucular tərəfindən II Dünya müharibəsinə həsr olunmuş Səməd Vurğunun "Ananın öyüdü", Süleyman Rüstəmin "Döyüşçüyə məktub",  Məmməd Rahimin "Vur, ölən faşistdir", A.Surkovun "Yenə də müharibə", "Zoya", "Rabitəçi" şeirləri səsləndirilib.

Tədbirdə, həmçinin, görkəmli rus şairi L. Martınovun "Müzəffər xalq" poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya iştirakçılara təqdim edilib.

Xəbər lenti

Xəbər lenti