...

İlk Azərbaycan tarixi portalı yaradılıb

Cəmiyyət Materials 22 Aprel 2010 11:36 (UTC +04:00)
İlk Azərbaycan tarixi portalı - www.history.az yaradılıb. Portal tarixi kitabların, sənədlərin və ölkənin adı çəkildiyi digər mənbələrin elektron versiyasını əhatə edir.
İlk Azərbaycan tarixi portalı yaradılıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

İlk Azərbaycan tarixi portalı - www.history.az yaradılıb. Portal tarixi kitabların, sənədlərin və ölkənin adı çəkildiyi digər mənbələrin elektron versiyasını əhatə edir.

"Bizim ölkəmizin tarixi haqqında yazılı mənbələrin çox olması ilə əlaqədar belə qısa müddətdə (portal 2010-cu ilin yanvarından yaradılıb) onların tam elektron versiyasını yaratmaq qeyri-real olardı. Lakin bu müddətdə xüsusilə mühüm mənbələrim elektron versiyasını yaratmaq mümkün olub", - saytın yaradıcılarından biri olan "İrəli" İctimai Birliyinin məlumatında deyilir.

Portal özündə elektron kitabxanaları, xəritələrin fotoqalereyasını, numizmatika materiallarını, xalçaları, arxeoloji qazıntıları birləşdirir. Saytın köməyi ilə istənilən şəxs ölkə tarixinin istənilən dövrü haqqında geniş məlumat əldə edə bilər, tələbələr və müəllimlər isə lazımi mövzunu araşdıra bilər.

Azərbaycan tarixi portalı Gənclər və İdman Nazirliyi, "Azerfon" QSC, "HP" və "İrəli" İctimai Birliyinin dəstəyi ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti