Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/
Aprelin 19-dan 20-nə keçən gecə Azərbaycan ərazisində yağan leysan yağışları ölkə ərazisindəki çayların daşmasına səbəb olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir.
Balakən - Şəki və Oğuz - Qəbələ regionlarındakı Şinçay, Talaçay, Balakənçay, Mazımçay, Kürmükçay, Əyriçay, Baş Daşaqılçay, Zəyzitçay, Katexçay, Qaraçay, Dəhnəçay, Güngütçay, Əlicançay, Dəmiraparançay və Tikalıçay çaylarında qısamüddətli daşqınlar baş verib.