...

Sumqayıtda Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib

Cəmiyyət Materials 26 Aprel 2010 11:46 (UTC +04:00)
Sumqayıtda Bülbül adına Uşaq İncəsənət Məktəbində bəstəkar, pianoçu, caz-muğamın yaradıcısı, Azərbaycanın əməkdar artisti Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib. Konsert V.Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində təşkil edilib.
Sumqayıtda Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Sumqayıtda Bülbül adına Uşaq İncəsənət Məktəbində bəstəkar, pianoçu, caz-muğamın yaradıcısı, Azərbaycanın əməkdar artisti Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib. Konsert V.Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində təşkil edilib.

Konsertdən əvvəl qonaqlar məktəbin foyesində bəstəkarın həyat və yaradıcılığı haqqında fotomateriallardan ibarət sərgi ilə tanış olublar.

Konsertdə respublikanın əməkdar artisti Həsənağa Abbasquliyevin rəhbərliyi ilə "Arena" caz orkestrinin ifasında V.Mustafazadənin "Mart" kompozisiyası, gənc pianoçu İ.Sarabskinin ifasında "Düşüncələr", həmçinin, xalq artisti Elxan Əhədzadənin ifasında mahnılar səslənib. Konsertdə orkestr dünya caz bəstəkarlarının məşhur kompozisiyalarını da ifa edib.

Xəbər lenti

Xəbər lenti