...

Azərbaycan məhkəməsi sabiq bank filialı direktorunun cəzasını azaltdı

Cəmiyyət Materials 29 Aprel 2010 17:02 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində "Zamin Bank"ın Mərkəzi filialının sabiq direktoru Vidadi Xudiyevin apelyasiya şikayəti üzrə qərar elan edilib.
Azərbaycan məhkəməsi sabiq bank filialı direktorunun cəzasını azaltdı

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H.Bağırov/

"Zamin Bank"ın Mərkəzi filialının sabiq direktorunun apelyasiya şikayəti qismən təmin edilib.

Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində "Zamin Bank"ın Mərkəzi filialının sabiq direktoru Vidadi Xudiyevin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü dəyişdirilib və Xudiyevin barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xudiyev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xudiyev Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179.1, 179.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddələri ilə ittiham olunub.

Bakı şəhər sakini, "Zamin Bank"ın Mərkəz filialının direktoru olmuş Xudiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaqda ittiham olunur. Həmçinin, Xudiyevin Bakı şəhər sakinləri Orxan Şirinov, Sərdar Qəribov və digər şəxslərin etibarından istifadə edərək, pul vəsaitlərini mənimsədiyi müəyyən edilib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xudiyev tutulub.

Xəbər lenti

Xəbər lenti