...

"Böyük Vətən müharibəsində qadınların ön və arxa cəbhələrdə rolu" adlı elmi-praktik konfrans keçirilib.

Cəmiyyət Materials 5 May 2010 13:44 (UTC +04:00)
“Böyük Vətən müharibəsində qadınların ön və arxa cəbhələrdə rolu” adlı elmi-praktik konfrans keçirilib.
"Böyük Vətən müharibəsində qadınların ön və arxa cəbhələrdə rolu" adlı elmi-praktik konfrans keçirilib.

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan qadınları İkinci Dünya müharibəsi dövründə ön cəbhədə də, arxa cəbhədə də xalqımızın xoşbəxt gələcəyi üçün çalışıb. Trend-in verdiyi məlumata görə, bu sözləri çərşənbə günü Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Böyük Vətən müharibəsində qadınların ön və arxa cəbhələrdə rolu" adlı elmi-praktik konfransda deyib.

"Müharibə dövründə Azərbaycanda sənayedə çalışanların 50%-dən çoxunu, kənd təsərrüfatında çalışanların isə 70%-ni qadınlar təşkil edirdi. Başda Prezident İlham Əliyev olmaqla, dövlətimiz bu müharibə iştirakçılarının Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, bu yaxınlarda Böyük Vətən müharibəsi veteranlarına birdəfəlik maddi yardım verilməsi barədə dövlət başçısı sərəncam imzalayıb", - Hüseynova əlavə edib.

Veteranlar Şurasının rəyasət heyətinin üzvü, general-mayor Bahadur Hüseynov müharibə xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Millət vəkili Hadı Rəcəbli müharibədə fədakarlıq göstərmiş qadınların Azərbaycanın iftixar yeri olduğunu deyib.

Sonda 1941-1945-ci illərin Böyük Vətən müharibəsində qələbənin qazanılmasında qadınların roluna həsr olunmuş oçerk və məqalələr yazan jurnalist və yazıçılar arasında keçirilən müsabiqənin qaliblərinə mükafatlar verildi.

Xəbər lenti

Xəbər lenti