...

"Bizim evimiz - İsrail" partiyası tarixin yenidən müzakirəsi üçün istənilən cəhdin əleyhinədir

Cəmiyyət Materials 5 May 2010 18:56 (UTC +04:00)
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çərşənbə günü İsrail Knessetinin xarici münasibətlər komissiyasının sədri, "Bizim evimiz - İsrail" partiyasının parlament fraksiyasının rəhbəri Robert İlatovla İsrail Knessetində qondarma "erməni soyqırımı"nın müzakirə olunması məsələsini müzakirə edib.
"Bizim evimiz - İsrail" partiyası tarixin yenidən müzakirəsi üçün istənilən cəhdin əleyhinədir

Azərbaycan, Bakı, 5 may /Trend müxbir M. Əliyev/

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çərşənbə günü İsrail Knessetinin xarici münasibətlər komissiyasının sədri, "Bizim evimiz - İsrail" partiyasının parlament fraksiyasının rəhbəri Robert İlatovla İsrail Knessetində qondarma "erməni soyqırımı"nın müzakirə olunması məsələsini müzakirə edib. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

"Mən artıq dəfələrlə mətbuatda, tarixin saxtalaşdırılmasina yonələn bütün addımlara qarşı çıxış edən "Bizim evimiz - İsrail" partiyasının mövqeyini səsləndirmişəm. Knesset insan hüquqları üzrə beynəlxalq məhkəmə deyil və onun bununla bağlı qərar səsləndirməyə nə hüquqi, nə də mənəvi haqqı yoxdur. Buna görə də biz bu məsələni müzakirədən çıxartmaq fikrindəyik", - görüş vaxtı İlatov deyib.

Danışıqların gedişində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri və İsrail Knessetinin xarici münasibətlər komissiyasının sədri ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, parlamentlərarası münasibətləri gözdən keçiriblər.

Xəbər lenti

Xəbər lenti