...

Azərbaycanın gimnastları Rusiyada iki medal qazanıblar

Cəmiyyət Materials 12 May 2010 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/

Rusiyanın Velikiy Novqorod şəhərində akrobatik gimnastika üzrə "Kubok Volkova" ("Volkov Kuboku") beynəlxalq turniri başa çatıb.

Turnirdə iştirak etmiş Azərbaycanın qadın cütlükləri Ayla Əhmədova və Dilarə Sultanova, həmçinin Pərizad Quliyeva və Afaq Məhərrəmli iki medal qazanıblar. Bu haqda Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Avropa çempionları Əhmədova və Sultanova özlərinin əzəli rəqibləri olan Belçika cütlüyü Tatyana de Vos və Florens Henristdən 0.353 bal geri qalaraq, ikinci yeri tutub. Üçüncü yeri Rusiya idmançıları, dördüncü yeri isə 2008-ci ildə dünya çempionu olmuş Belarus cütlüyü tutub.

Gənc idmançılar Pərizad və Afaqa gəldikdə isə, onlar Rusiya və Belarusdan olan rəqiblərini irəli buraxaraq üçüncü yeri tutublar.

Almaniyada mayın 21-23-də keçiriləcək beynəlxalq turnir bizim gimnast qızlarımız üçün növbəti yarış olacaq. İyunda iyul ayında Polşada keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışları planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti