...

Heydər Əliyev Fondunun dəstəyi ilə "Qiz qalası" festivalına start verilir

Cəmiyyət Materials 24 May 2010 16:57 (UTC +04:00)
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız qalası" art qalereyasının birgə təşkilatçılığı ilə mayın 26-da "Qız qalası" Beynəlxalq İncəsənət festivalına start verilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə "Qiz qalası" festivalına start verilir

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız qalası" art qalereyasının birgə təşkilatçılığı ilə mayın 26-da "Qız qalası" Beynəlxalq İncəsənət festivalına start verilir. Bu barədə bazar ertəsi fondun yaydığı məlumatda qeyd olunub.

Beynəlxalq İncəsənət festivalı Azərbaycanın ən qədim abidələrindən olan Qız Qalasının dünyada tanınması və populyarlaşdırılması məqsədini daşıyır.

YUNESKO-nun Dünya İrs siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan bu abidə Azərbaycan memarlığının incisi olmaqla yanaşı, xalqımızın qədim tarixinin və zəngin ənənələrinin təbliğinə, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır.

Layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.

26-28 may tarixlərində İçərişəhərə, Qız Qalasının qarşısındakı meydana gələn hər kəs bu yaradıcılıq prosesini izləmək və rəssamlarla canlı təmasda olmaq şansı əldə edəcəkdir.

Bakı sakinlərini və şəhərimizin qonaqlarını rəssamların işi ilə tanış olmağa və yekunda təşkil olunacaq sərgiyə dəvət edirik.

Xəbər lenti

Xəbər lenti