...

Bakıda dağ yəhudilərinin dilində tərcümə lüğəti çap olunub

Cəmiyyət Materials 26 May 2010 16:21 (UTC +04:00)
Bakıda cuhuro - dağ yəhudilərinin dilində tərcümə lüğəti çap olunub. Bu barədə Trend-ə lüğətin tərtibatçılarından biri olan Mixail Aqarunov məlumat verib.
Bakıda dağ yəhudilərinin dilində tərcümə lüğəti çap olunub

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/

Bakıda cuhuro - dağ yəhudilərinin dilində tərcümə lüğəti çap olunub. Bu barədə Trend-ə lüğətin tərtibatçılarından biri olan Mixail Aqarunov məlumat verib.

"Bu lüğətin işıq üzü görməsi Azərbaycanda azsaylı xalqların dillərinin qorunub saxlanması və gələcək inkişafına diqqətin ayrılmasının daha bir sübutudur", - Aqarunov deyib.

Lüğət üzərində iş bir neçə onilliklər ərzində davam edib, 1994-cü ildən isə bu işlər praktiki olaraq fasiləsiz aparılıb. Nəşr olunan topluda cuhuro-rus (14000 söz və söz birləşməsi) və rus-cuhuro (19000-dən çox söz) lüğətləri birləşdirilib. Bu həcmdə lüğət ilk dəfədir nəşr olunur. Bundan əlavə, ümumilikdə yalnız əslən Azərbaycandan olan dağ yəhudilərinin istifadə etdikləri yazılı əlifbanın tətbiq olunduğu ilk lüğət yaranıb. İndiyədək lüğətlər ya latın, ya da "Dağıstan" kiril əlifbasında çap edilirdi.

Xəbər lenti

Xəbər lenti