...

BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru Kristof Buvye Bakıya səfər edəcək

Cəmiyyət Materials 27 May 2010 15:58 (UTC +04:00)
Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Bürosunun direktoru Kristof Buvye Bakıya səfər edəcək.
BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru Kristof Buvye Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Bürosunun direktoru Kristof Buvye Bakıya səfər edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.

Ümumdünya Ətraf Mühit Günü hər il müxtəlif formalarda - küçə mitinqləri, velosipedçilərin yürüşləri, "yaşıl" konsertlər, məktəblərdə plakat və inşa müsabiqələri, ağacəkmə, ərazilərin təmizlənməsi, tullantıların utilizasiyası və başqa çoxsaylı tədbirlərlə qeyd olunur.

Bu il "Çoxlu növlər, bir planet, bir gələcək" devizi altında həyata keçiriləcək tədbirlər ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə yanaşı, bu istiqamətdə maarifləndirmə və məlumatlılığın artırılmasını nəzərdə tutur.

BMT Ətraf Mühit Proqramı tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, Azərbaycanın Bakı şəhəri də Ümumdünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün baş şəhərlər elan olunub.

Xəbər lenti

Xəbər lenti