...

Azərbaycan avarçəkənləri dünya kubokunun gümüş medalını qazandı

Cəmiyyət Materials 5 İyun 2010 10:38 (UTC +04:00)
Azərbaycanın kanoeçi dueti Almaniyanın Duysburq şəhərində keçirilən dünya kubokunun III mərhələsində gümüş medal qazanıb. Bu barədə şənbə günü Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər.
Azərbaycan avarçəkənləri dünya kubokunun gümüş medalını qazandı

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın kanoeçi dueti Almaniyanın Duysburq şəhərində keçirilən dünya kubokunun III mərhələsində gümüş medal qazanıb. Bu barədə şənbə günü Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər.

Yarışda 200 metr məsafəyə yürüşdə Azərbaycanı təmsil edən Sergey Bezuqlıy - Maksim Prokopenko dueti seçmə mərhələni I pillədə tamamlayaraq birbaşa əsas finala yüksəlib. Həlledici yürüşdə bu cütlük 38 saniyə 909 mikrosaniyə nəticə ilə gümüş medal qazanıb.

Bezuqlıy - Prokopenko duetinin 1000 metr məsafəyə seçmə yürüşdə də startı uğurlu alınıb. Seçmə mərhələdə 2-ci yeri tutan azərbaycanlı cütlük birbaşa əsas finala yüksəlib və şənbə günü kanoeçi duetimiz əsas final yürüşünə qatılacaq. Digər idmançımız Andrey Kraytor isə bu məsafəni seçmə mərhələdə 4-cü pillədə başa vurub və yarımfinala çıxıb. Növbəti mərhələdə o, 9 iştirakçı arasında 8-ci olub və əsas finala vəsiqə qazana bilməyib. "B" finalında mübarizə aparan Kraytor yekun nəticədə 25 iştirakçı arasında 15-ci yerlə kifayətlənib.

Andrey Kraytor və Sergey Bezuqlıy - Maksim Prokopenko dueti iyunun 6-da 500 metr məsafəyə yürüşdə də qüvvələrini sınayacaqlar.

Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya kubokunda 40 ölkənin qatıldığı nüfuzlu turnirdə Azərbaycanın 3 kişi kanoeçisi - Andrey Kraytor 1 nəfərlik, Sergey Bezuqlıy - Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti