Аzərbaycan, Bakı, 16 iyun /Trend, müxbir М.Əliyev/
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu ilin beş ayı ərzində qanun pozuntuları ilə bağlı hüquqi və fiziki şəxslərə qarşı 217 860 manat dəyərində cərimə sanksiyası qəbul edib ki, bu məbləğin 82 592 manatı ödənilib. Bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə məlumat veriblər.
Ətraf mühitə vurulan zərərlə bağlı 628 602 manat həcmində tələblər irəli sürülüb ki, bunun 25 148 manatı ödənilib.
Qeyd olunan dövr ərzində su resurslarının səmərəli istifadəsi üzrə ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar, 60 440 manat, atmosferin çirklənməsi ilə bağlı 21 480 manat cərimə sanksiyası qəbul olunub.
Torpaq resurslarının qorunması üzrə 38 136 manat, flora və faunanın müdafiəsi üzrə, müvafiq olaraq, 1 821 811 və 30 680 manat, su hövzələrində bioloji resursların müdafiəsi və genişlənməsi üzrə 35 820 manat cərimə qəbul edilib.